Ölkə əhalisinin sayı artıb

17 Aprel 2017 14:32 (UTC+04:00)

İlin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb. Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olubdur. Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınaraq əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edibdir.

Zülfiyyə QULUYEVA