İŞİD başçısı əl-Bağdadinin köməkçisi "Qafqaz əmiri" öldürüldü

17 Aprel 2017 16:06 (UTC+04:00)

İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin köməkçilərindən biri Mosul yaxınlığında öldürülüb.

Movqe.az-ın məlumatına görə, “Qafqaz əmiri” ləqəbli Həsbulla əl-Qafqazi evinin yanında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Məlumatda qeyd olunur ki, bu hadisədən sonra İŞİD silahlıları axtarışlar üçün bölgəni əhatəyə alıb.