Qar qasırğası gəlir

8 Fevral 2013 16:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki,  ABŞ-ın şərq sahilləri qar qasırğasına hazırlaşır. Qasırğanın sabah Nyu York, Nyu Cersey, Penslvania, Massaçusets, Connektikut, Vermont əyalətlərində təsirli olması gözlənilir. Milli Metrologiya Xidməti, insanlara fırtınaya hazırlıqlı olması xəbərdarlığını edib. Nyu Yorkdakı bəzi qatar stansiyalarının sabahkı səfərlərinin ləğv ediləcəyi bildirilib. Qarın yüksəkliyinin 35 santimetr olması gözlənilir. Qasırğa səbəbiylə indidən 3 minə yaxın uçuşun ləğv edildiyi bildirilib. Səlahiyyətlilər, zəruri olmadıqca heç kəsin çölə çıxmaması xəbərdarlığını edib.Qasırğanın təsirinin şənbə günü günortadan sonra keçməsi gözlənilir.