Dəyəri 3 milyon dollar olan tarixi əsər ələ keçdi - FOTO

17 Aprel 2017 16:26 (UTC+04:00)

Türkiyədə, Adananın Çukurova mahalında bazar dəyəri təxminən 3 milyon dollar olan tarixi əsər ələ keçirilib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi təxminən 3 milyon dollar olan ceyran dərisi üzərinə 1 ədəd qızıl suyu ilə yazılmış Tövrat və 1 əl yazması olan fərmanın ələ keçirildiyini açıqlayıb.