Sürüşmə sahələrində monitorinq başa çatdı-Açıqlama

18 Aprel 2017 11:14 (UTC+04:00)

Azərbaycanın cənub və Şamaxı-İsmayıllı zonasındakı sürüşmə sahələrində aparılan monitorinqlər yekunlaşıb. Bu barədə Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. S. Əmiraslanov bildirib ki, bu ay ərzində keçirilən monitorinq zamanı sürüşmə sahələrində ciddi aktivləşmənin olmadığı üzə çıxıb: "Bu, ay ərzində düşən yağıntılarla bağlıdır. Aprel ayı ərzində o qədər də yağış yağmayıb. Buna görə də, həm cənub bölgəsində, həm də Şamaxı-İsmayıllı zonasındakı sürüşmə sahələrində vəziyyət sabitdir". 

S. Əmiraslanov monitorinqlər zamanı, Muğan-İsmayıllı, Bakı-Şamaxı yollarındakı sürüşmə sahələrində çox cüzi aktivləşmə prosesinin qeydə alındığını söyləyib. 

Zülfiyyə QULUYEVA