"Beşiktaş" - "Lyon" matçına serb hakim

18 Aprel 2017 17:26 (UTC+04:00)

Türkiyənin Avropa kuboklarında son təmsilçisi "Beşiktaş" aprelin 20-də "Lyon"la qarşılaşacaq. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Vodafone Arena"da keçiriləcək Avroliqanın 1/4 final matçını Milorad Majiç idarə edəcək. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Dcurceviç kömək edəcəklər. Nemanya Petroviç 4-cü hakim olacaq. Əlavə köməkçi hakimlər isə Nenad Dcokiç və Danilo Qruyiçdir. Qeyd edək ki, Fransada keçirilən görüşdə "Lyon" rəqibini 2:1 hesabıyla məğlub etmişdi.