Ronaldo yeni rekorda imza atdı

19 Aprel 2017 11:25 (UTC+04:00)

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında "Bayern Munich" ilə oyunda (4:2) vurduğu qollarla yeni rekorda imza atıb.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, het-trik edən hücumçu turnir tarixində 100 qol həddini keçən ilk futbolçu olub.

Xatırladaq ki, Ronaldo avrokuboklarda ən çox qol vuran futbolçu kimi də tarixə düşüb.