Məşhur proqram smartfonlardan silinir

19 Aprel 2017 15:55 (UTC+04:00)

Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.

Movqe.az milli.az-a istinadən bildirir ki, Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.

Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb.

"Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik", - Şpigel demişdi.

Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.