Bakıda 28 yaşlı oğlan intihar etdi

19 Aprel 2017 18:15 (UTC+04:00)

Bakıda 28 yaşlı kişi intihar edib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində qeydə alınıb.

Burada yaşayan 1989-cu il təvəllüdlü Hacı Hacıyev özünü iplə asaraq intihar edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.