Sərnişin avtobusları ilə bağlı-Şad xəbər

20 Aprel 2017 10:28 (UTC+04:00)

Bakıda təmirlə əlaqədar avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik ləğv edilib. Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar da əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər. 

Zülfiyyə QULUYEVA