Movqe.az xəbər verir ki, Argentinada 12 yaşındakı bir qız uşağının doğum etməsi ölkədə səs-küy yaradıb. Ötən gün Meksikada doğum edən 9 yaşındakı qızın şoku hələ keçməmiş, bu dəfə oxşar bir xəbər də Argentinadan gəlib. Əkizuşaq doğan kiçik yaşlı rəsmiləri hərəkətə keçirib. Hamilə qaldığında 12 yaşına yeni girdiyi öyrənilən qızın ailəsinin də onun "böyüyən qarınından şübhələndiyi" məktəb rəhbərliyi sayəsində vəziyyətdən xəbərdar olduğu ifadə edilib. Bu vaxt səlahiyyətlilər, qızın 14 yaşındakı bacısının 3 ay əvvəl doğum etdiyini açıqlayıb. Polislər indi hər yerdə körpənin atasını axtarır.