Xoşqədəmin əkizləri xəstəxanaya yerləşdirildi: "Yemək yemirlər" - FOTO

20 Aprel 2017 12:45 (UTC+04:00)

Aparıcı Xoşqədəm Hidayətqızı əkizlərini xəstəxanaya yerləşdirib. Movqe.az-ın məlumatına görə, bu barədə aparıcının özü xəbər yayıb. O bildirib ki, Arda və Arın bir neçə gündür xəstələnib:  “Arınım, gözəl gözlüm gecə bizi qorxutdu. Neçə gündür yemək yemirlər, hərarətləri düşmür. Həkimlər gecə əkizlərim üçün əllərindən gələni etdilər. İndi yaxşıdırlar” .