Azərbaycana 200-ə yaxın ərəb jurnalist gələcək

20 Aprel 2017 13:49 (UTC+04:00)

“IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək”. Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisinin sözlərinə görə, oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti akkreditisayadan keçirilib.

“Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür. Bilirsiz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər. Jurnalistlərin 200-ə qədəri ərəb ölkələrini əhatə edir”.