Küveyt yaxın 5 ildə neft sənayesinə 120 mlrd. dollar yatıracaq

20 Aprel 2017 19:00 (UTC+04:00)

Küveyt yaxın 5 ildə neft sənayesinə 120 mlrd. ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır. "Movqe" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama ölkənin neft naziri İssam əl-Məzruk tərəfindən verilib.

Nazir bildirib ki, Küveyt 2015-ci ildə neft sənayesinə 2020-ci ilə qədər 120 mlrd. dollar həcmində investisiyanın yatırılmasına dair proqram qəbul edib və bu plan qüvvədədir: "Hazırda planlaşdırılan vəsaitin 30%-i yatırılıb, yaxın 3 ildə isə qalan 70%-in investisiya edilməsi planlaşdırılır".
Əl-Mazruk həmçinin qeyd edib ki, Fars körfəzinin digər 6 ölkəsi də xam neft emalı sahəsinin inkişaf etdirilməsində maraqlıdır.