Foreign Policy News: İsraillə Azərbaycanı dərin dostluq və əməkdaşlıq münasibətləri bağlayır

20 Aprel 2017 17:21 (UTC+04:00)

İsraillə Azərbaycanı bir-birinə dərin dostluq və əməkdaşlıq münasibətləri bağlayır.Trend-in məlumatına görə, bunu siyasi analitiklər Corciya Pilar və Domeniko Letitsiya “Foreign Policy News” jurnalındakı məqaləsində yazıb. Məqalədə qeyd olunur ki, son illərdə Azərbaycanla İsrail arasında münasibətlər hər iki ölkəyə böyük üstünlüklər verib. Bu gün İsrail Azərbaycan neftinin İtaliyadan sonra ikinci ən böyük idxalatçısıdır və Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndərilməsi üzrə işlərində öz yardımnı göstərir.

Müəlliflər yazır ki, bu ölkələr ticarət-iqtisadi əməkdaşlıq sahəsində çoxsaylı sazişlər imzalayıb:

“Azərbaycanla İsrail arasında münasibətlər iqtisadiyyat və diplomatiyanın uğurlu birləşməsidir. Ölkələr arasındakı iqtisadi və diplomatik münasibətlərdəki son illərdəki dəyişikliklər hələ 90-cı illərin sonlaırnda çox şey vəd edən dialoqun məntiqi təkamülüdür”.