Çempionlar Liqasında yarımfinal cütləri müəyyənləşəcək

21 Aprel 2017 11:15 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası final uğrunda mübarizə aparacaqlar.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər.

“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (Turin, İtaliya), “Atletiko” (Madrid, İspaniya)

Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.

Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.