UEFA-dan fransalı müdafiəçiyə görə Antiidopinq Agentliyinə etiraz

21 Aprel 2017 11:37 (UTC+04:00)

UEFA Ümumdünya Antidopinq Agentliyini (WADA) Mamadu Sako ilə bağlı səhv qərar verməkdə ittiham edir. Fransalı müdafiəçi 2016-cı ilin aprelində 30 gün müddətinə futboldan kənarlaşdırılmışdı. Movqe.az goal.az-a istinadən xəbər verir ki, UEFA Sakonun qəbul etdiyi  hineqaminin preparatının qadağan edilmiş maddələr sırasında daxil olmadığını bir daha qabardıb. "Liverpool" Sakonun klubdan icazəsiz bu maddəni qəbul etməsindən narazı qalmışdı. Bunun nəticəsində Yurqen Klopp və müdafiəçi arasında konflikt baş vermiş və Sako "Crystal Palace"ə icarəyə verilmişdi.