Bakıda gənc futbol meydançasında öldü

21 Aprel 2017 14:55 (UTC+04:00)

Aprelin 20-də 1993-cü il təvəllüdlü Musayev Ülvi futbol meydançasında canını tapşırıb.

Movqe.az  milli.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yaşayan Ü.Musayev stadiona futbol oynamağa gedib. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməyib.

İlkin ekspertizanın nəticəsində məlum olub ki, gəncin ölümünə səbəb qəfil ürək tutması olub.