Tarkan Bakıda konsert verəcək

21 Aprel 2017 16:12 (UTC+04:00)

Türkiyənin məşhur sənətçisi Tarkan “Formula 1” Azərbaycan Qran Prisinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Movqe.az-ın  report-a istinadən xəbərinə görə, Tarkan Bakıda keçiriləcək yarışın ilk günü avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.
Konsert proqramı iyunun 23-də olacaq.