Rusiyada erməni kafedə atışma törədib: yaralanan var

23 Aprel 2017 12:26 (UTC+04:00)

Rusiyanın Zelenoqrad şəhərində 27-yaşlı erməni kafedə atışma törədib. 

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. 

Bildirlir ki, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırılma aparılır.