Fransa prezidenti: “Qarabağ münaqişəsi artıq həll edilməlidir”

25 Aprel 2017 12:36 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Movqe.az  azvision.az-a  istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Parisdə çıxışı zamanı bildirib. 

Olland Fransanın danışıqlar prosesinə cəlb olunduğunu xatırladıb və vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həll edilməsini istəyir. 

“Bu münaqişə nəticəsində hər il gənc insanlar ölür. Son zamanlar münaqişə daha da kəskinləşib. Tərəflər artıq 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin biz həll yolunu tapmalıyıq. Çünki satus-kvo yolverilməzdir”, - deyə Fransa prezidenti vurğulayıb.