Mövqe.az "Euronews"a istinadən bildirir ki, Suriyada Birləşmiş Millətlərin nəzarətinə baxmayaraq, qırğınlar davam edir.
İnsan hüquqlarına görə bazar ertəsi baş verən şiddətli hadisələrdə ən az 34 adam həyatını itirib.
Ölkədə 12 apreldən bəri tətbiq olunan atəşkəsin və beynəlxalq nəzarətin insanların ölümünə maneə ola bilməməsi narahatlıqları artırır.
BMT Təhlükəsizlik Şurası, Kofi Annan planı çərçivəsində Suriyaya 300 nəfərlik müşahidəçi heyəti göndərmək qərarı alıb:
Üzvlər fikir birliyinə gələrək 300 adamın Suriyaya göndərilməsi qərarını təsdiqləyib.
Ancaq, bölgədən gələn qarşıdurma xəbərləri Annan planının müzakirə olunmasına səbəb olub.
BMT ilə edilən müqaviləyə görə şəhərlərdən geri çəkilməsi lazım olan Suriya ordusu bazar ertəsi Hamada 28 vətəndaş itirib.
Ziba Yusifova