"FETÖ-çü ovu" davam edir: 803 nəfər saxlanılıb

26 Aprel 2017 10:59 (UTC+04:00)

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının (FETÖ) üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, 81 vilayətdə 8500 polis əməkdaşının iştirakı ilə irimiqyaslı əməliyyat keçirilir.

İndiyə qədər 54 vilayətdə 803 nəfər saxlanılıb.