Kubokun finalının başlama saatı müəyyənləşdi

26 Aprel 2017 11:23 (UTC+04:00)

Azərbaycan Kubokunun 2016-2017-ci illər mövsümünün final görüşünün başlanma saatı müəyyənləşib.

Naxçıvan Muxtar Respublika Stadionunda 5 may tarixdə keçiriləcək görüşün start fiti saat 16:00-da veriləcək.

Qeyd edək ki, oyundan öncə Röyanın iştirakı ilə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.