Köhnə maşınlar istismardan çıxarılacaq

27 Aprel 2017 09:30 (UTC+04:00)

Deputat Elmira Axundova Milli Məclisdə müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunun müzakirəsi zamanı bəzi maraqlı məqamlara toxunub. 2017-ci ilin ilk rübündə törədilən 140 yol nəqliyyat hadisəsi nəticəsində 40 nəfərin öldüyünü, 150-yə yaxın insanın yaralandığını deyən E.Axundova bildirib ki, biz də Rusiya və başqa ölkələr kimi, köhnə avtomobilləri vətəndaşlardan alaq: “Dövlət orqanları bunun müqabilində vətəndaşlara vəsait, ya da çek versinlər, bunun qarşılığında Gəncə, yaxud Naxçıvan istehsalı olan maşınları ala bilsinlər”. Mütəxəssislər isə millət vəkilinin təklifi birmənalı yanaşmadılar.

Nəqliyyat məsələlər üzrə hüquqşünas Ərşad Hüseynov bu ideyaysy çoxdan olduğunu bildirdi: “Dünyanın bəzi dövlətlərində belə tədbirlər olub. Amma burada incə nünas var. Bu nüasn baxımından məsələyə isti münasibət bəsləmək olmaz. Belə ki, reallığı nəzərə alsaq, sosial ədalətsizlik müşahidə oluna bilər. 
Avtomobil bir əmlakdır ki, müəyyən istismar müddəti və təyinatı var. Onu təyinatı üzrə istifadə edirik və bəlli bir vaxtdan sonra istismara yararsız hala düşdükdə əl çəkrik. Bundan başqa, köhnə avotomibili olan şəxsə pul veriləcəksə, çe,  avtomobili olmayanlara haqsızlıq olar. Digər problem bu işin həvalə ediləcəyi orqanda şəxsi maraqlar ortaya çıxa bilər. Yəni təklifin bu cür neqativ nəticələri meydana gələ bilər. Ölkədə istismara yararsız olan avtomobil çoxdur. Onları istismardan yığışdırmaq üçün tədbirlər görmək lazımdır. Amma həmin tədbirləri indiki qanunvercilik çərçivəsində də görmək mümkündür. Həmçinin nəqliyyat hadisələrinin qarşssını almaq üçün digər tədbirlər görmək olar. Məsələn, yarasız avtomobil texniki baxışdan keçə bilməz. Ona görə də yolda hərəkət edə bilməz. Bunu araşdırmaq lazımdır ki, texniki çfösilfy necə keçiblər”.
Hüquqşünas əlavə etdi ki, Rusiyada bu tədbiri məhdud şəkildə həyata keçirdilər: “Müəyyən əhali qruplarından avtomobilləri güzəştli şərtlərlə aldılar. Rusiya hökuməti bunu ölkənin avtomobil sənayesini dirçəltmək üçün etmişdi.  Çünki avtomobil sənayesi sıradan çıxmaq ərəfəsində idi. Tədbir avtomobil şirkətlərinin özünün də marağında idi. Bundan başqa, köhnə avtovobillərin utilizasiyasını təşkil etdilər”.
Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı bildirdi ki, istismar müddəti bitmiş avtomobillərin utlizasiyası və istismardan çıxarılması ilə bağlı zaman-zaman təkliflər olub: “Amma təəəssüf ki, konkret qərar qəbul olunmayıb.  Utilizasiya ilə bağlı ən azından müəyyən MDB ölkələrinin təcrübəsindən yararlanmaq olardı.  Bu, həm ekoloji, həm də mövcud avtomobil parkının yenilənməsi baxımından zəruri addımdır. Amma indiki mərhələdə iqtisadi imkanlar bu təklifi dəstələməyə adekvat deyil. Yəqin ki, bunun üçün müəyyən vaxt lazım olacaq. 
Burada söhbət avtomobil sahiblərinə bazar dəyərində kompensasiya ödənilməsindən gedir. Hansı ki, bu da kifayət qədər böyük vəsait tələb edən məsələdir. Ancaq bütövlükdə təklif kimi müsbət dəyərləndirilməlidir”. 
Ramil Osmanlı əlavə etdi ki, köhnə avtomobil yol-nəqliyyat hadisələrinin baş verməsində böyük rol oynayır: “Nəqliyyat vasitəsinin texniki nasazlığından tutumş təhlükəsizliyinə qədər bir çox məsələlər var. Köhnə avtomobillərdə əyləc sistemi bərbad vəziyyətdədir. Həmçinin təhlükəsizlik yastıqları yoxdur. Bundan başqa, qəza zamanı insanların qorunması üçün texnolji imkanları zəifdir. Bütün bu məsələlər vacib faktordur. Yəni qəzalarda insan tələfatı baxımından köhnə avtomobilərin rolu böyükdür”. 
Mübariz BAYRAMOV