Qatar tuneldə qaldı-Bakı metrosunda həyəcan

27 Aprel 2017 10:36 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakı metrosunda həyacanlı dəqiqələr yaşanıb. Dərnəgüldən Həzi Aslanov istiqaməti üzrə hərəkət edən 23 saylı qatar tuneldə qalıb. “Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev Movqe.az-a açıqlamasında bildirib ki,  problem artıq aradan qaldırılıb: " Hazırda bu istiqamətdə hərəkət edən 23 saylı qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən də, arxadan gələn qatarlarda növbə yaranıb. Qatarlar arasında gecikmənin olması da bununla əlaqədardır".

Zülfiyyə QULUYEVA