Bu şəxslərə siqaret satışı yasaqlandı-Azərbaycanda

27 Aprel 2017 12:48 (UTC+04:00)

Azərbaycanda yetkinlik yaşına çatmayanların tütün məhsulları almasının , satmasının və tütündən istifadə etməsi qadağan olunur.  
Movqe.az-ın məlumatına görə, bu “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində qeyd edilib.
 
Belə ki, yetkinlik yaşına çatmayanların tütün məhsulları alması, satması və ya onlara bu məhsulların verilməsi, tütün məmulatlarının hər hansı üsulla istifadənin təklif olunması və ya tütün istifadəsi prosesinə onların tələb yolu ilə cəlb edilməsi qadağandır.
 
Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməklə imkan verən sənəd tələb edir.
Belə sənədlərin siyahısı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməlidir. Qanun layihəsində qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.