Yol polisi qəza törətdi - Ölənlər var

27 Aprel 2017 15:28 (UTC+04:00)

Salyan rayonunda YPX maşını qəza törədib. Movqe.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  "Mercedes" markalı avtomobillə toqquşub. 

İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.