Aİ-nin Ermənistan nümayəndəliyinin 14 əməkdaşı qrant vəsaitlərinin mənimsənilməsində şübhəli bilinir

27 Aprel 2017 21:00 (UTC+04:00)

Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.Movqe.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi nümayəndəlikdə böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar cinayət işinin təfərrüatlarını açıqlayıb.

 
Məlumatda bildirilir ki, aprelin 26-da böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qrant proqramlarının koordinatoru Marina Papyan saxlanılıb.
 
Cinayət işində şübhəli şəxs qismində Tiqran Sukiasyan, Qevork Kazaryan, Rubina Ter-Martirosyan, Armen Bareqamyan, Anait Avaqyan, Serqey Balasanyan, Dina Manukyan, Karen Stepanyan, Tereza Dilanyan, Aleksandr Poqosyan, Qrayr Qencyan, Qarik Çilinqaryan və Geqam Petrosyanın adı keçir.
 
Sonuncu 3 nəfər barəsində axtarış elan olunub.