Çin klubunun azarkeşləri britaniyalıları təhqir edib

28 Aprel 2017 11:14 (UTC+04:00)

Çinin "Guangzhou Evergrande" Asiya Futbol Konfederasiyası tərəfindən cəzalandırıla bilər. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, buna səbəb kimi klub azarkeşlərinin "Eastern"lə (Honk -Konq) oyunda açdığı banner göstərilir. Bannerdə britaniyalara "köpək" adlandırılıb. "Guangzhou"ya qarşı İntizam kodeksinin 58 və 65-ci maddələri ilə iş açılıb.

Honk-Konq 1842-ci ildə Böyük Britaniyanın koloniyasına çevrilmişdi. 1997-ci ildə Britaniya buranı rəsmən Çİn Xalq Respublikasına qaytarmışdı.