news Image
2014.03.08
10:22
| A A A
Günün qoroskopu
Movqe.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hər şeyi ataraq dünyanın o biri başına yollanmaq istəyirsiniz. Bu hiss müvəqqətidir. Emosiyalara aldanmayın. Bir qədər əvvəl verdiyiniz öhdəlik və vədləri unutmayın. Təmkinli olun, hərdəmxəyal insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlar sizi diqqətlə müşahidə edirlər.
Emosional davranış ciddi problemlərə səbəb ola bilər.
Günün ikinci yarısı birgə layihələr, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideya və ya niyyət münaqişə, qarşıdurma, münasibətlərin aydınlaşdırılması ilə korlana bilər.
Dözümlü, səbrli olun.

Buğa - gün ərzində yaranan imkanlar və formalaşan şanslardan məntiqlə istifadə edin. Belədə böyük uğura nail olmaq imkanları var. Yaradıcılıq, peşəkar fəaliyyət, təhsildə ciddi irəliləyişlərə nail ola bilərsiniz. İntellektual imkanlarınızın tətbiqini tələb edən işlərdə irəliləyə bilərsiniz.
Maliyyə imkanları və perspektivləri baxımından əlverişli gündür. Qiymətli hədiyyə və gəlir istisna deyil.
Səfər və səyahət uğurlu alınacaq.

Əkizlər - diqqət gözləyir, özünüzü tanıtmağa çalışırsınız. Belə davranış başqa günlərdə, bəlkə də, yerinə düşər, amma indi absurd nəticəyə səbəb ola bilər. Təbii, səmimi davranın. Yalnız belə olan halda məqsədə çata biləcəksiniz.
Diqqət mərkəzində olduğunuz zamanda özünüzü reklam etməyin. Ev işləri və məişət qayğıları üçün əlverişli gündür. Maliyyə məsələlərində ehtiatlı olun. Riskli işlərə pul yatırmayın, bədxərclik etməyin.
Yaşam ortamında yeniliklər edə bilərsiniz. Axşam saatlarını sakit istirahətə həsr edin. Dəvət aldığınız tədbirə yollanmaqla bağlı qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün.

Xərçəng - çətin və mürəkkəb problem həllini gözləyir. Qeyri-adi, amma çox effektiv çözüm yolunu tapa bilərsiniz. Faydalı praktik vərdişlərin əldə olunması, bilik və təcrübələrin artırılması üçün münasib zamandır. Yaradıcılıq potensialı yüksəkdir. Cəsur ideyalarınızı intensiv şəkildə həyata keçirə bilərsiniz.
Yaşlı qohumlar üçün düşərli gündür. Onların müdrik məsləhətləri karınıza gələcək.
Günün ikinci yarısında səfər və ya gəzintiyə yollanmaq olar. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

Şir - uğurlu və xoş gündür. Sizi maraqlı görüşlər, söhbətlər gözləyir. Hisslərinizə hakim olun, düşünülmüş qərarlar qəbul edin. Diqqəti özünüzə cəlb etmək üçün izafi səylər göstərməyin. İmiclə eksperimentlər etmək, qarderobu yeniləmək olar.
Diplomatcasına davranış, səbr, sayıq davranış sizə ən xoşagəlməz, ünsiyyətdə çətin insanlarla təmaslarda da gözlənilən nəticəni əldə etməyə imkan verəcək.
Ailədə çoxdan bəri çözülməmiş problemi həll etmək olar. Uydurma iradlara fikir verməyin.

Qız - rəğbət və dost münasibətilərinə can atdığınız insanlarla görüş üçün münasib gündür. Onlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bilik və bacarıqlarınızı, təcrübənizi nümayiş etdirin. Qətiyyətli qərara və iradəli addıma hazır olun. Çoxdan bəri təxirə saldığınız, ertələdiyiniz ideyanı reallaşdırmağa başlayın.
Sevimli insanla ünsiyyət günün ikinci yarısında sizi xüsusilə sevindirəcək. Hansısa məsələdə kompromis qərarın əldə olunması və ya ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, emosional davranmayın.

Tərəzi - səbrli, soyuqqanlı, təmkinli olun. Mahiyyət etibarilə pis olmayan günü düşünülməmiş hərəkətlər və ekstravaqant, anlaşılmaz qərarlarla pozmayın.
Sözlərinizdə haqlı ola bilərsiniz. Amma sərt açıqlamalar xətrinə dəymək istəmədiyiniz insanı incidə bilər. Bunu etməyin. Günün emosional fonu stabil deyil. İstənilən problem sizi təbdən çıxara bilər.
Dəvət aldığınız bütün tədbirlərə yollanmayın. İnsanların gur olduğu yerdən kənar durun. Açıq havada aktiv istirahət əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.
Anlaşma və sövdələşmələr məsləhət deyil.

Əqrəb - arzular və istəklərin həyata keçməsinə çalışmaq, sözsüz, pis deyil. Lakin elə davranış sizə baha başa gələ bilər. Yolveriləndən artıq pul xərcləməyin, bədxərclik etməyin. Qənaətdə fayda var. Alış-verişə yollananda vaxtında "dayanmağı" bacarın.
Günün ikinci yarısı əlverişlidir. Bir qədər əvvəl başladığınız işi başa vurun. Son vaxtlar sizi maraqlandıran suallara cavab ala bilərsiniz. Hisslərinizi etiraf etmək və ya sadəcə, sevdiyiniz insanla səmimi danışıq üçün əlverişli gündür.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Oxatan - mübahisə və diskussiyalarda iradəli olun. Sizə gərəkli işin başa çatdırılması üçün qətiyyətli davranın. Əsla geri çəkilməyin. İddia və iradlarınızın arqumentlər bazası zəif olmamalıdır. Belədə indiyədək yalnız özünü absolyut həqiqət carçısı sayan insanlar belə, sizi dinləyəcəklər.
Yeni ideyalar yaranır. Həmin ideyaların reallaşdırılmasında sizə yardım edən şəxslər tapılacaq.
Günün ikinci yarısında fiziki əməyə xüsusi önəm verin. Belə əmək sizi yormayacaq, əksinə, gümrahlıq verəcək.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.

Oğlaq - yeni və genişmiqyaslı işə, sərfəli sifarişin icrasına başlaya bilərsiniz. Aktiv, enerjili, nikbin olun.
Alış-veriş və maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Soyuqqanlı və təmkinli olun, bədxərclik etməyin, hesablamalarda yanılmamağa çalışın.
Günün ikinci yarısında alacağınız təklifə dərhal cavab verməyə tələsməyin. Situasiyanı və perspektivləri aramla dəyərləndirin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Dolça - ünsiyyətdə problemlərinizin olduğu insanla təmasları minimuma endirin. Gərgin, mürəkkəb gündür. Görüş və danışıqlarda diqqətli olun.
Dostlar çətin anlarda sizi tək qoymayacaq. Ciddi yanaşma və xüsusi diqqət tələb edən işləri ertələyin.
Maliyyə məsələlərini çözməyə çalışmaq, pulla bağlı əməliyyatlara başlamaq məsləhət deyil. Əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz. Kimsəyə borc verməyin.
Axşam saatlarında qəfil qonaq gələ bilər.

Balıqlar - ətrafınızdakı insanların hamısına ifrat dərəcədə güvənməyin. Sizi indiyədək aldadan və ya yarı yolda qoyan insanlara etimad göstərməyin. Fırıldaq qurbanı olmaq, başqalarının hiyləgərlik və ya intriqasının toruna düşmək riski var. Diqqətli olun. Planlaşdırılmış işləri unutmayın, görüşə tələsməyin, anlaşmaları pozmayın.
Günün ikinci yarısında yaxınlarınızdan birinin sizdən küsməsinə şərait yaratmayın.
Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma, sövdələşmələr üçün əlverişli gün deyil. Köç, yerdəyişmə və ya yaşamda nəyisə köklü şəkildə dəyişməyə can atmaq məsləhət deyil.