Əlaqə Arxiv
news Image
2019.11.27
15:07
| A A A
Ehtiyatda olan zabit xanım etiraz etdi

Bildiyimiz kimi, Cümşüd Nuriyev cəbhə bölgəsində xidmət edən xanımları əxlaqsızlıqda ittiham edib, bu da cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bu fikirlərinə görə nəinki tənqid, hətta təhqir edilən Cümşüd Nuriyevə qəbuedilməz açıqlamasına görə cavab verənlərdən biri də, hərbi jurnalist, Qarabağ müharibəsinin ehtiyatda olan zabiti Roza xanım Əliqızıdır.

Mövqe.az-a açıqlama verən Roza xanım bildirdi ki, düşmən güllə atanda soruşmurdu bu əxlaqlıdır, yoxsa əxlaqsız. O xanımlar ölümü gözləri önünə alıb səngərlərə yollanıblar. Hər kim olublarsa da, düşmənə güllə atmaq qabiliyyətində olublar.

1988-ci ildən hərbi hissələri gəzib, 1992-ci ildə rəsmən hərbi qulluğa çağırılan Roza xanım bildirdi ki, o, cəbhə bölgələrinə yollananda 2 övladı vardı, hər yerə də həyat yoldaşı ilə gedib. Səngərlərdə çəkdirdiyi şəkillərin əksəriyyətini həyat yoldaşı çəkib, gəzmədiyi hərbi hissə qalmayıb.

Sonda Roza xanım bildirdi ki, hazırda Türkiyədə yaşayır, orda da hərbi hissələrdə fəaliyyət göstərməksən usanmır.

Elnurə

Sizin Reklam Yeriniz