news Image
2019.12.02
17:24
| A A A
Professor: “TANAP Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı daha da gücləndirəcək”

Noyabrın 30-da Avropa bağlantısı istifadəyə verilən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı daha da gücləndirəcək.

Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

O vurğulayıb ki, TANAP həm Azərbaycan, həm Türkiyə, həm də Avropa enerji dipomatiyası üçün çox böyük layihədir: “Azərbaycan bu layihə ilə strateji əhəmiyyətini çox artırıb. TANAP gəlir əldə olunması baxımından da mühüm layihədir. Bu layihə sabit şəkildə maliyyə təmin edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək. Ümumiyyətlə, diplomatik məsələlərdə də Azərbaycanın Avropada öz fikirlərini ifadə etməsi və qəbul etdirməsi daha rahat olacaq”.

[Oqtay Tanrısevər]

Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər:

"TANAP həm Azərbaycan, həm Türkiyə, həm də Avropa enerji dipomatiyası üçün çox böyük layihədir".

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP-ın Avropaya birləşdirilən hissəsinin (Faza-1) açılış mərasimi keçirilib. İki mərhələdə həyata keçirilən TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də həyata keçirilib və iyunun 30-dan Türkiyəyə kommersiya məqsədli qaz axını başlayıb. Noyabrın 25-nə olan məlumata görə, TANAP vasitəsi ilə Türkiyəyə 3,3 milyard kubmetr qaz nəql edilib. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq.

TANAP-ın investisiya dəyəri 6,5 mlrd. dollar təşkil edib.

Hesablamalara görə, TANAP hər il 1,45 mlrd. dollar dəyərində gəlir gətirəcək. Bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

money.az currency