Əlaqə Arxiv
news Image
2019.12.05
12:52
| A A A
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab verib

Keçmiş Rabitə naziri Nadir Əhmədov Azərbaycanın Macarıstandakı səfiri, sabiq Xarici İşlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyevin onu oğurluqda ittiham etməsinə münasibət bildirib.

N.Əhmədov “Report”a açıqlamasında bildirib ki, V.Quliyevin dedikləri əsassızdır. 

Sabiq Rabitə naziri keçmiş həmkarı olan V.Quliyevi savadlı, yaradıcı adam kimi qiymətləndirib: “Səfirimiz Vilayət Quliyevə böyük hörmətim var. Yazdığım "İblis xislətli erməni" kitabımda onun "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləsindən istifadə etmişəm. Mənim Vilayət müəllimə böyük hörmətim var, yaradıcı insandır. Onun qeyd etdiyi "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinin böyük qürurla oxudum. Həmin məqalə ilə təkcə Azərbaycanda yox, eyni zamanda Türkiyədə azərbaycanlı generallar barədə geniş ictimaiyyətə məlumat verilir. Onun mənim haqqımda dediklərini oxuduqda çox təəssüfləndim. Buna heç nə deyə bilmərəm. Fikrini başqa cür səsləndirsəydi, yaxşı olardı. Mən yazdığım kitabda onun müəllifi olduğu "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad etmişəm. Kitabı açdım, 87-ci səhifəsində "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad olunub. Səhifənin aşağısında isə qeyd olunub: “Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin verdiyi müsahibədən”. Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?”

Qeyd edək ki, Vilayət Quliyev bildirib ki, keçmiş Rabitə naziri Nadir Əhmədov müəllifi olduğu "Türk ordusunun azərbaycanlı generalları" məqaləsini mənimsəyərək öz adına çıxıb: "Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunan "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi "Google"da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur".

Sizin Reklam Yeriniz