news Image
2019.12.12
15:30
| A A A
Təhsil Nazirliyi Gürcüstanda azərbaycanlı şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri Təhsil Nazirliyinin diqqətindədir.

Mövqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi həmin məktəblərdə şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb:

"Eyni zamanda həmin məktəblərdə kadr təyinatı məsələsi də Təhsil Nazirliyinin diqqətindədir".