Əlaqə Arxiv
news Image
2019.12.19
15:12
| A A A
ÜST: Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu çox aşağı səviyyəsdədır

Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Mən deyərdim ki, dünyada ən dadlı meyvə-tərəvəz Azərbaycandadır. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.

Onun sözlərinə görə, meyvə-tərəvəz insanları xərçəng, piylənmə, ürək-damar xəstəliklərindən qoruyur.

Y.Breda əlavə edib ki, tövsiyə olunan normaya görə, insan gün ərzində 5 qram duz qəbul etməlidir. Lakin hesablamalara görə, Azərbaycanda gündəlik duz istehlakı 10 qramdan yüksəkdir: "Bu gün Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlər var və bunu həll etmək lazımdır. Bunu etmək çətindir, amma bu sahədə birgə işləməyə hazırıq".

Sizin Reklam Yeriniz