Əlaqə Arxiv
news Image
2020.01.08
09:28
| A A A
İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub

İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.

Mövqe.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada deyib.

M.Səliminin sözlərinə görə, sərnişinlərin meyitləri toplanmaqdadır.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Sizin Reklam Yeriniz