news Image
2020.01.08
17:41
| A A A
Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir: "Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur".

Qeyd edək ki, bəzi xəbər saytlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yoxlamaların başlandığı barədə məlumat yayılıb. Məlumata görə, yoxlamalar zamanı Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.