news Image
2020.03.18
16:25
| A A A
ÜST Azərbaycana səfər etmiş professorun müsahibəsi ilə bağlı bəyanat yaydı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana qurumun məsləhətçisi qismində səfər etmiş professor Önder Ergönülün "HaberTurk" telekanalına müsahibəsi ilə bağlı bəyanat yayıb.

Mövqe.az xəbər verir ki, bəyanatda açıqlamanın onun şəxsi fikirləri olduğu və ÜST-nin rəsmi mövqeyini əks etdirmədiyi bildirilib.

"ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Biz fürsətdən istifadə edərək COVID 19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildiririk", - bəyanatda vurğulanıb.