Əlaqə Arxiv
news Image
2020.03.25
17:42
| A A A
Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib

Sosial şəbəkələrdə guya, Suraxanı rayon icra strukturları və bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə məlumat yayılıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəaliyyəti ilə məşğul deyil. Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu, yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, insident baş verən ərazidə əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olmuşlar.

Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşğuldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz.

Sizin Reklam Yeriniz