Əlaqə Arxiv
news Image
2020.04.05
23:33
| A A A
Tanınmış mütəxəssis virusun yayılma səbəbini açıqladı

Bu gün bəzi xəbər saytlarında viruslu xəstələrlə və karantində işləyən həkimlərin xüsusi geyimlə təminatında problemlərin olması üzündən həkimlərin də xəstəliyə yoluxma xəbəri yayıldı və sonradan xəbər silindi. Doğrudanmı həkimlərin geyimində problem var, viruslu xəstələrin artmasına səbəb nədir? Bu sualla Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyevə müraciət etdik. Mövqe.az-a açıqlama verən Aydın doktor bildirdi ki, xəstələr və karantində olanlarla aparılan işlər normaldır. Onlara lazımi dərmanlar, qida və digər vasitələr verilir.  Xəstəliyin artım səbəbini yoluxma ilə əlaqələndirən Aydın Əliyev qeyd etdi ki, yoluxmanı azaltmaq üçün bütün market, poliklinika, özəl və dövlət xəstəxanalarında və apteklərdə işləyən insanların mütləq şəkildə test edilməsi vacibdir.  Həmçinin çox təəssüf ki, biz marketlərdə sosial məsafələrin qorunmamasını, əhali tərəfindən səhlənkarlıqları da çox müşahidə edirik. 

Elnurə Abuşova
Sizin Reklam Yeriniz