Əlaqə Arxiv
news Image
2020.04.07
12:30
| A A A
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı

Yerli maskalar artıq bir həftə sonra apteklərə satışa çıxarılacaq.

Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, istehsal prosesində artıq son quraşdırma işləri aparılır:

"Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisənin ilk 15 gün ərzindəki fəaliyyəti ilə maska tələbatının gündəlik 30-40 faizinin ödənilməsi nəzərdə tutulur". (trend)

Sizin Reklam Yeriniz