Əlaqə Arxiv
news Image
2020.06.30
10:23
| A A A
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ailə üzvü COVİD-19-dan öldü
Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin" adlı müraciətində deyib. Qulam İshaqzai təəssüflə bildirib ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır: "Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin. Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!"
Sizin Reklam Yeriniz