Əlaqə Arxiv
news Image
2020.07.01
00:36
| A A A
Qışda kütləvi ağır qrip keçirənlərin yoluxma ehtimalı varmı?

Son vaxtlar bir fikir dolaşır ki, biz qışda koronavirusu keçirmişik, daha bizi tutmaz. Qeyd edim ki, mən və yaxın ailə üzvlərimiz də sümük ağrısı və temperaturla müşahidə olunan, öskürəyi 2 aydan çox müşahidə olunan qripə yoluxmuşduq dekabr-yanvar ayında.  Əslində bizim qışda keçirdiyimiz xəstəlik korona idimi? Yoluxma ehtimalımız nə qədərdir? Bu sualla Mövqe.az Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Aliyevə müraciət edib. Həmişə cəsarətli və dolğun çıxışları ilə hamımızın rəğbətini qazanan Aydın doktor bildirdi ki, çoxları düşünür, bu xəstəliyi keçiriblər. Onlara sual verirəm, evdəkiləri yoluxdurdunuzmu? Çoxları yox deyir, demək ki, bu deyilmiş. Xəstəliyi keçirənlər üçün analiz var, antitellərin qanda təyini. Şübhəli qalanlar bu analizi verib dəqiqləşdirə bilərlər.

Elnurə Abuşova

Sizin Reklam Yeriniz