Əlaqə Arxiv
news Image
2020.07.20
15:29
| A A A
Bu klinikada 58 işçi virusa yoluxdu - Açıqlama

ATU Tədris Cərrahiyyə klinikasının 58 tibb personalı koronavirusa yoluxub.

Bunu ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.

O bildirib ki, yoluxanlardan 17 nəfəri həkim, həkim rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçidir.

G.Aslanova onu da qeyd edib ki, virusa yoluxan tibb işçilərindən müalicəsi davam edən və müalicə alaraq evə buraxılan da olub.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən klinikada 33 işçinin virusa yoluxması barədə məlumat vermişdik.

Sizin Reklam Yeriniz