Əlaqə Arxiv
news Image
2020.07.21
20:58
| A A A
TƏBİB daha bir məlumat yaydı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 21-nə olan statistik göstəriciləri açıqlayıb. Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 034 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 641 732 test aparılıb. Onlardan 28 242-nin cavabı pozitiv çıxıb. İndiyədək 376 nəfər COVID-19-dan dünyasını dəyişib, 19 939 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7 927 nəfərdir. 332 nəfər reanimasiyada, 66 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 352 yoluxma faktı qeydə alınıb, 13 nəfər dünyasını dəyişib, 449 pasiyent sağalıb.
Sizin Reklam Yeriniz