Əlaqə Arxiv
news Image
2020.07.28
11:28
| A A A
İcra hakimiyyətindən "Yasamal gölü" ilə bağlı AÇIQLAMA (FOTO)

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlanmışlar. Müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib. Bakının ekoloji baxımdan ən görməli yerlərindən biri olan "Yasamal gölü"nün taleyi nəhayət həll olunub.

Sakinlərdən Mövqe.az-a verilən məlumata görə, rayon İcra Hakimiyyəti onlarla görüş keçirib.

Su hövzəsinin ərazisində yaşayış binasının tikintisinə yenidən başlanılması ilə bağlı söz-söhbətlərə son qoyulub və hətta ərazidə tikintidən qalan tullantılar oradan çıxarılaraq abadlıq işlərinə başlanılıb. Sakinlərə söz verilib ki, su hövzəsi əvvəlki vəziyyətinə qaytarılacaq.

Məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən faktı təsdiqləyərək bildirdilər ki, "Yasamal gölü" abadlaşdırılaraq sakinlərin xeyrinə işlər görüləcək:

"Orada abadlıq işləri aparılacaq. Sonda tikinti olan ərazidə əlverişli şərait yaradılacaq".

Sizin Reklam Yeriniz