Əlaqə Arxiv
news Image
2020.07.30
11:00
| A A A
Bakı polisindən buraxılış imtahanlarının təşkili barədə daha bir açıqlama

Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.

Sizin Reklam Yeriniz