Əlaqə Arxiv
news Image
2020.08.11
11:01
| A A A
BNA: “Gənclik” stansiyasının vestibülü ödəmə terminallarından istifadə üçün açıq olacaq
Bu gündən metronun "Gənclik" stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "Gənclik" stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək. Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələri xahiş edilir: "Tövsiyə edirik ki, "BakıKart"-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir".
Sizin Reklam Yeriniz