Əlaqə Arxiv
news Image
2012.04.03
20:30
| A A A
Separatçı rejim yenidən təxribata əl atır
Ermənilər iyun-iyul aylarında Xankəndi aeroportundan ilk reysi gerçəkləşdirməyə hazırlaşırlar Dağlıq Qarabağın separatçı rejimi iyun-iyul aylarında Xankəndi aeroportundan ilk reysi gerçəkləşdirməyə hazırlaşır. Bu barədə Ermənistanın rəsmi agentliyi olan "Armenpress"-ə separatçı rejimin Mülki Aviasiya ofisinin rəhbəri Dmitri Adabaşyan deyib.

O bildirib ki, Xankəndi aeroportu istifadə üçün tam hazırdır, aeroport bütün zəruri avadanlıqlarla təmin olunub və lazımi maddi-texniki bazası qurulub. Hazırda isə ekipajın sertifikasiyası ilə məşğuldurlar. Onun sözlərinə görə bu proses 2-3 həftə davam edəcək, amma bu ümumi işə mane olmur. "İndi təyyarələrin alınması ilə məşğuluq. İyun-iyul aylarında ilk reysi gerçəkləşdirə biləcəyik. Bu müddətə kimi isə pilotlara və texniki heyətə kurslar keçiləcək. Onlar Vilnüsdə təcrübə keçəcəklər". Adabaşyan ilk reysin sərnişinlərinin adi vətəndaşlar olacağını, amma bu reyslə hansısa nümayəndə heyətlərinin uçuşlarını da istisna etməyib.
Sizin Reklam Yeriniz